“AZƏRELEKTROTERM” ASC HAQQINDA QISA MƏLUMAT
SSSR Elektrotexnika Sənaye Nazirliyinin 24.06.1974-cü il tarixli 348 saylı əmrinə əsasən tərkibində “Bakı Təcrübə-Sınaq Zavodu” və “Xüsusi Konstruktor Texnoloji Bürosu” daxil olmaqla “Azərelektroterm” İstehsalat Birliyi yaradılıb. SSSR Elektrotexnika Sənaye Nazirliyinin 07.03.1984-cü il tarixli 170 saylı əmri ilə "Azərelektroterm” İstehsalat Birliyinin tərkibində olan “Bakı Təcrübə-Sınaq” zavodunun adı dəyişdirilərək “Bakı Elektrotermik Avadanlıqlar” zavodu adı verilib. SSSR Elektrotexnika Sənaye Nazirliyinin 29.03.1988-ci il tarixli 175 saylı əmrinə əsasən “Azərelektroterm” İstehsalat Birliyinin adı dəyişdirilərək “Azərelektroterm” Elmi İstehsalat Birliyi oldu. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 27 noyabr 2001-ci il tarixli 243 saylı sərəncamı ilə “Azərelektroterm” Elmi İstehsalat Birliyi və tabeliyində olan “Xüsusi Konstruktor Texnoloji Bürosu”, “Bakı Elektro Termik Avadanlıqları” zavodu “Azərelektroterm” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. “Azərlektroterm” Açıq Səhmdar Cəmiyyəti 22 mart 2001-ci ildə Bakı Elektrik Termik Avadanlıqları zavodunun (1982) bazasında yaradılmışdır. Bakı şəhərində yerləşir, ümumi əhatə etdiyi torpaq sahəsi 123475,0 m2 təşkil edir.
Zavodda dəmir yolu xəttləri mövcuddur. Daxili dəmir yol xəttinin uzunluğu 1,4 km-dir.
“Azərlektroterm”-ın fəaliyyəti ağır və yüngül sənayə sahələrində müxtəlif metal konstruksiya istehsalından ibarətdir. Əsas istehsalat korpusunun sahəsi minlərlə ton metal konstruksiya işlərini həyata keçirmək imkanındadır. Zavodda 300-dən çox müxtəlif çeşidli operasiya həyata keçirən dəzgah və avadanlıqlar mövcuddur.
ƏSAS AVADANLIQ
Müxtəlif ölçülü torna dəzgahları; müxtəlif universal şaquli, üfuqi, stolüstü və səyyar burğu dəzgahları; üfuqi və şaquli frez dəzgahları, oyma, yonma, pardalaxma, itiləyici və digər dəzgahlar; müxtəlif ölçülü hidravlik, təkkrivoşipli, vərəqştamplıyan presslər; müxtəlif tipli krivoşip qayçılar; qaz və plazma üsulu ilə metal kəsmə dəzgahı; müxtəlif yükgötürmə qabilıyətində olan körpülü kranlar, qaynaq üçün manipulyatorlar, müxtəlif qaynaq aparatları, sobalar, kondensator qurğuları, qumlama avadanlığı və s.
Detallı avadanlıq siyahisi tələb olunduqda təqdim oluna bilər.
İSTEHSAL ETDİYİMİZ MƏHSUL
2001-ci ildən hazırkı dövrə qədər istehsal olunmuş məhsullar:
Elektrik naqillərinin sarğı barabanı (Kabel Barabanı D=1600 və D=2000 mm); Metro tikintisində istifadə olunan çuqun tyubinqlər; 12 və 24 kq qaz balonları; İstixanalar üçün “su qızdırıcıları”; Dağ-mədən sənayesi üçün “konveyer və elevator hissələri”, Vibrasiyalı Ələklər; Maqnetik Ayırıcıların hissələri; Şneklər (Sonsuz vint valları); Bina və qurğuların tikintisində istifadə olunan müxtəlif metal konstruksiyalar; Tüstü borusu Ø1675×30 000 mm, Yanacaq və su çənləri; Mobil rabitə üçün müxtəlif konstruksiyalar; Paltar dolabları; Elektrik qutuları; Elektrik ayırıcıları; Bunkerler və s.
2000-ci ilə qədər istehsal olunmuş məhsullar:
Su qızdırıcıları, İnduksion sobalar; Elektrik-qövs sobaları; Diyircəkli transportyor sobaları (Rolqanq sobaları); Baraban sobaları; İtələyici sobalar.
MÜŞTƏRİLƏRMİZ
Sumqayıt Alüminium Zavodu, Berke MMC, Baki Elektrik Tökmə, Bakelektroştamp ASC , Zabrat Maşınqayırma TASC, Qafqaz Sənayə Montaj, AZERSUN, SWIFT MMC, GÖK-NUR şirkəti, AKKORD Şirkəti, Daşkəsən Filizsaflaşdırma zavodu, İmişli Şəkər zavodu və s.
SON İŞLƏRİMİZ
“Park Bulvar” Ticarət Mərkəzinin bütün metal konstruksiyasının hazırlanması, Metro tuneli üçün Çuqun Tübinqin mexaniki emalı, GÖK-NUR şirkəti üçün Kabel Barabanlarının hazırlanması, "Nar Mobile"-ın stansiyalarında metal konstruksiyaların hazırlanması, “Akkord” şirkəti üçün solyar çəninin hazırlanması, Filizsaflaşdırma zavodu üçün konveyerlər və müxtəlif konstruksiyaların hazırlanması, “İmişli Şəkər zavodu”nun müxtəlif avadanlıqlarının və metal konstruksiyalarının hazırlanması və digər böyük qabaritli konstruksiyaların istehsalı, mexaniki emalı və hazırlanması.
unvanımız: